Səbail rayonu, 20-ci sahənin dairəsi, “Bravo” marketin yaxınlığında yerləşən dayanacağın taksilər tərəfindən zəbt edildiyini xəbər vermişdik. Taksilərin qaydalara riayət etmədən qanunsuz və nizamsız şəkildə avtobusların dayanacağa daxil olmasına imkan vermədiklərini qeyd etmişdik. Üstəlik ərazini bağlayaraq sərnişinlərin də avtobuslara rahat şəkildə minməsinə mane olduqlarını bildirmişdik.
Qeyd edək ki, analoji hal hər gün yaşandığı üçün sərnişinlərin ciddi narahatlığına və etirazına səbəb olub. Elə onların müraciəti əsasında məsələni ictimailəşdirdik.
Çox keçmədən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dərhal məsələyə operativ reaksiya verib və sözügedən taksilərin ərazidən yığışdırılmasına başlanıb.
Bu barədə Bizim.Media-ya qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə hazırda Səbail rayonu Dövlət Yol Polisinin əməkdaşları həmin ərazidədirlər. Qanun pozuntusuna yol vermiş taksi sürücüləri barədə lazımi tədbirlər görülür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq bu hal 40 manat məbləğində cərimə məsuliyyəti yaradır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 24.05.2023
Yol Polisi Bakıda avtobus dayanacağını zəbt edən taksiləri ərazidən YIĞIŞDIRDI – VİDEO
Hazırda oxunan: Yol Polisi Bakıda avtobus dayanacağını zəbt edən taksiləri ərazidən YIĞIŞDIRDI – VİDEO
Hazırda oxunan: Yol Polisi Bakıda avtobus dayanacağını zəbt edən taksiləri ərazidən YIĞIŞDIRDI – VİDEO
137786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.