Sığortalı kreditləri bu halda varislər ÖDƏMƏLİDİR – AÇIQLAMA 

Hazırda oxunan: Sığortalı kreditləri bu halda varislər ÖDƏMƏLİDİR – AÇIQLAMA 

137776

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Mülki Məcəllənin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərarda Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Problemli kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA


Sözügedən qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Bildirilir ki, ipoteka kreditini öləndən sonra varis ödəməlidirsə, onda borcalan niyə həyat sığortası ödəməyə məcbur edilir?

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. Ekspert bildirib ki, əgər müqavilədə ölüm halında ipoteka borcunu sığorta qarşılayacağı əks olunubsa, bağlanan müqavilələrlə bağlı heç bir problem yoxdur:

“Həyat sığortası qanunla məcburi xarakter daşımır. Yəni, könüllü əsaslarla aparılır. Məsələn desək ki, 50 min manatlıq ipoteka borcumuz var və bizim də həyat sığortamız 30 min civarındadır. Bu zaman ölüm halı baş verdikdə, 50 minlik borcun 30 mini sözügedən sığorta ilə qarşılanır. Qalan məbləğ bütün hallarda həyatını dəyişən şəxsin vərəsəsinə keçir. 
Bu o deməkdir ki, vərəsə bu məsələləri həll etmə iqtidarındadır, qanunla da bu öz təsdiqini tapır. Əlavə olaraq bildirim ki, sözügedən hal dövlət ipotekalarına yox, banklar tərəfindən verilən ipotekalara aiddir. Hansı ki, onların bəzi hallarda borclu ilə bağlı problemləri olur və onların həyat sığortası yoxdur”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin