DYP əməkdaşları Şəkidə tələbələrlə görüşdü - FOTO

Hazırda oxunan: DYP əməkdaşları Şəkidə tələbələrlə görüşdü - FOTO

137757

DYP əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında qonaq olublar. Görüşdə yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslərin avtomobilin idarə etməsi hallarının yol verilməzliyindən danışılıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayının çox olduğu diqqətə çatdırılıb. 

Qeyd olunub ki, hər bir gənc yüksək bilik və bacarıqlara malik olmaqla yanaşı yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir. 

Şəki DYP-nın əməkdaşı, polis baş leytenantı Tural Niftalıyev onu da xüsusi vurğulayıb ki, aparılan profilaktiki tədbirlər müsbət nəticə verib.

Belə ki, ötən il ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.

Filialın karyera mərkəzinin rəhbəri Xuraman Həmidova belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək DYP əməkdaşları ilə görüşü yüksək qiymətləndirib.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin