Ölkə əhalisinin neçə faizi ilin sonunadək sülh sazişinin imzalanacağına inanır? – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi ilin sonunadək sülh sazişinin imzalanacağına inanır? – SORĞU

137742

Azərbaycan əhalisinin 42,7 faizi bu ilin sonuna kimi Ermənistanla sülh sazişinin imzalanacağına inanır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət mövzusunda keçirdiyi rəy sorğuları çərçivəsində növbəti dəfə vətəndaşlara “Sizcə, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?” sualını ünvanlayıb.

Rəy sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını - 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib. 39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür. 
Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli “sülh” formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.

Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin