Taksi sürücülərindən TƏHLÜKƏ -  İranyönümlü dini təbliğat aparanlar niyə NƏZARƏTƏ GÖTÜRÜLMÜR?

Hazırda oxunan: Taksi sürücülərindən TƏHLÜKƏ -  İranyönümlü dini təbliğat aparanlar niyə NƏZARƏTƏ GÖTÜRÜLMÜR?

137737

Son vaxtlar taksi sürücüləri arasında dini təbliğatçılar artıb. “Dindar" sürücülər yolboyu radioda qoyduqları dini moizələrlə və ya özlərinin İranyönümlü çıxışları ilə sərnişinləri sözdə "iman"a gətirirlər. 

Bəzən məzhəb ayrı-seçkiliyi, sünni-şiə məsələlərinə də müdaxilə edən bu sürücülər sərnişinlərlə əsassız polemikaya girib, öz təbirlərincə haqlı olduqları kimi təbliğat aparırlar.

Sərnişinlər dini görüşlərdə müzakirəyə qoşulmadıqları üçün qarşı tərəf sanki hər kəsi “iman”a gətirdiyini zənn edir, üstəlik haqlı təbliğat apardıqları ilə öyünürlər.

Bu doğrudurmu? Taksi sürücülərinə nəzarət niyə olunmur?

Tanınmış ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında özünün də belə hadisələrə şahidlik etdiyini deyib:

“Bu hallar çoxdur, özüm də rast gəlmişəm. Əsas İranyönümlü təbliğatla məşğuldurlar. Sərnişinlərə öz inanclarını, mənsub olduqları əqidəni təbliğ edirlər. Taksi sürücləri arasında narkomaniyaya meylli, radikal dini fikirli şəxslər çoxdur. 

Doğrudur, yolboyu təbliğat və çağırışlar aparırlar. Hətta özlərinə lazım olan şəxsləri sorğu-sual edirlər. Radikal dindarlar bir boşluq tapan kimi dərhal öz fəaliyyətlərini gücləndirirlər. Taksi xidmətlərində bu məsələlər çoxdan var. 
Hətta taksi xidmətində ünvanların müəyyən olunması ilə bağlı müəyyən şübhələrim də var. Sifariş verəndə şəxsin ad, soyad və ünvanı çıxır. Bəzi xarici dairələr məhz taksi sürücülərindən bu şəkildə istifadə edir ki, onlara lazım olan şəxslərin bütün koordinatlarını ələ keçirsinlər. Taksi şirkətlərinin bəziləri xaricdən idarə olunduqlarına görə burada müəyyən təhlükələrin olması mümkündür”.  

İlahiyyatçı hesab edir ki, bu məsələ ciddi şəkildə nəzarətə götürülməlidir:

“İndiyədək radikal dindar və xurafatçıların hansı işlər törətdikləri göz önünə alınaraq həmin taksi sürücülərinin də nəzarətə götürülmələri ciddiləşməlidir. Mütləqdir ki, Azərbaycanda fəaliyyət göstərən o şirkətlərin fəaliyyəti nəzarətə götürülsün, eyni zamanda taksi sürücüləri işə götürülərkən ələkdən keçirilsin və onların tibbi, psixoloji, narkoloji, eləcə də əqidə müayinələri aparılsın”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin