Hələ sovet dönəmindən qapısı bütün millətlərə açıq olan Rusiya Federasiyası, miqrant qəbul edən ən böyük dövlətdir. Nədənsə, öz dövlətində daşı daş üstə qoya bilməyən əcnəbilər, bu dövlətdə biznes sahəsində tez bir zamanda uğur qazana bilirlər.
Miqrantlar əsasən Qafqaz regionundan və orta Asiya respublikasından bu ölkəyə axın edirlər. Hər dəfə müxtəlif bəhanələrlə miqranların sayını azaldan Rusiya Federasiyası, bütün bunlara baxmayaraq, etiraf edir ki, miqrantlar olmasa, onun işi ötüşməz. Bunun üçün miqrantlardan xeyr görsün deyə, onlara bir illik “iş icazəsi vəsiqəsi”x9d tərtib etdi. Belə ki, ölkəyə daxil olan hər bir miqrant ilk olaraq üç ay qeydiyyata alınır. Qeydiyyata alınan miqrant, əgər qonaq gəlibsə, üç ayın tamamında ölkəni tərk etməlidi, yox əgər işləməyə gəlibsə, onda üç ay ərzində qalan sənədlərini də toplayıb işlədiyi müəssisənin rəhbərliyinin köməyi ilə bir illik “iş icazəsi vəsiqəsi”x9d ni düzəltməlidir.
Ölkədə özündən deyən miqrantlar Azərbaycanlı və erməni miqrantlardı ki, onlar da əsasən bizneslə məşğul olurlar. Azərbaycanlılar əsasən bazarlarda meyvə - tərəvəz alveri, xüsusi dükanlar işlədirlər. Hətta soydaşlarımızdan kafe və restoran işlədəni də var. Elə Kaluqa vilayətinin Obninsk şəhərində yerləşən “Ağdam”x9d kafesi soydaşlarımızın görüş yeridir.
Ermənilər yenə də öz yaltaqlıqlarından qalmırlar. Hansı ki, burda da rusların xoşuna gəlmək üçün əsasən yolların asfalt işini ermənilər həyata keçirir. Bu isə təbbi ki, yolunu düzəldən millətin xoşuna gəlməyə bilməz. Amma, ermənilərin də kafe və restoranları var. Hətta Azərbaycan lavaşını burda da öz adlarına çıxan ermənilər, onu da ruslara “armyanski lavaş”x9d adıyla sırıyırlar.
Ölkəyə axın edən Özbək və taciklər Rusiya dövləti üçün qara qüvvədi. Ölkədə ən ağır işləri onlar boyunlarına götürürlər. Tikinti sahəsi, küçə və prospektlərin təmizlənməsi, hətta Moskvada bir çox otellərdə özbək millətindən olan xadiməyə də rast gəlmək olar. Bundan əlavə özbək və tacik gənclər bazarlarda araba sürərək fəhləçilik edirlər. İş nə qədər ağır olsa da, pulu da o qədər çoxdu. Orta hesabla onlar hər ay 40 ”“ 50 min rus rublu qazanırlar.
Ölkədə azlıq təşkil edən miqrantlar gürcülərdi. Onlar da kafe və restoran işi ilə məşqul olurlar. Belə ki, sonuncu dəfə Rusiya və Gürcüstanın Asetiyaya görə müharibəsi zamanı gürcülərin sayı daha da azaldı. Həmin vaxtdı Rusiya polisi gürcüləri məcburi olaraq ölkədən departasiya etdi.
Günün bu günündə Rusiya dövləti yenə miqrantların sayında azaltma aparır. Belə ki, Puti höküməti tələb etdi ki, miqrantlar rus dilindən imtahan verməli və Rusiya Federasiyası konstitusiyasını əzbər bilməlidir. Amma, bunlar da keçərli olmadı. Əvvəllər ölkədən departasiya olunan miqranta, sən departasiya olunursan - deyilsə də, indi elə deyil. Ölkəni tərk edən miqranta aeraportda işçilər tərəfindən adı və soyadına komputerdə “stop”x9d qoyularaq ölkəyə girişi yasaqlanır. Bunu geri qayıdan da bilən miqrant, başına döyə - döyə qalır.
Vasif Əlihüseyn









































































































