24 may 2023-cü il tarixində mediada bulvarda azyaşlı uşaqla birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.
Bu barədə Bizim.Media-ya Komitədən məlumat verilib.
Bildirilib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib. Qadının üç uşağı olduğu müəyyən edilib. Hazırda qadın aidiyyatı tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşaq atasının himayəsinə verilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Xatırladaq ki, hadisə iki gün əvvəl Dənizkənarı Milli Park ərazisində baş verib. Təxminən 40 yaşlarında, 3 uşaq anası azyaşlı övladı ilə birgə özlərini dənizə atıblar. Uşaq şəhər sakinlərinin köməyi ilə, qadın isə FHN-in xilasediciləri tərəfindən dənizdən sağ-salamat çıxarılıb. Hər ikisi Klinik Tibbi Mərkəzdə müalicə olunublar. Uşaq atası tərəfindən evə, qadın isə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanaya aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:48 / 24.05.2023
Övladı ilə birlikdə özünü dəniz atan qadınla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Övladı ilə birlikdə özünü dəniz atan qadınla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Övladı ilə birlikdə özünü dəniz atan qadınla bağlı RƏSMİ AÇIQLAMA
137707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.