“Sovet maşınlarının istismardan çıxması üçün qanun lazım deyil, dövlət proqramı var” - DEBAT

Hazırda oxunan: “Sovet maşınlarının istismardan çıxması üçün qanun lazım deyil, dövlət proqramı var” - DEBAT

13765

Bakının yollarında istifadəyə yararsız, bizi ölümə aparan avtomobillər hələ də şütüməkdədir.

İstismar müddəti başa çatan və texniki baxımdan saz olmayan nəqliyyat vasitələri yol hərəkət iştirakçılarını ölümə aparır, desək yanılmarıq.

Belə  avtomobillərin istismardan çıxarılması ilə bağlı ölkə başçısı İlham Əliyev 2019-2023-cü illəri əhatə edən dövlət proqramını da təsdiqləyib. Lakin, bu proqramda qeyd edilən məqamlar icra olunmur.

 

MÖVZU İLƏ BAĞLI:

Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!


Mövzu ilə bağlı ekspert Elməddin Muradlı deyir ki, vizual olaraq istsimar müddəti bitmiş nəqliyyat vasitəsinin hərəkətinə  yol polisi  qadağa qoya bilər:

“Lakin  avtomobilin daxili sazlığına baxmaq yol polisinin işi deyil. Onlar heç bunu müəyyən də edə bilməzlər”.  

O bildirir ki, istismar müddəti sona çatan sovet maşınları qəzalara daha çox  səbəb olur: “Və qəza zamanı belə avtomobillərin içindən sağ çıxmaq  mümkün deyil.  Yol hərəkətinin təhlükəsizliyinə dair  dövlət proqramında  köhnə  avtomobillərin utilizasiya olması qeyd olunur.

Bu proqramla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər  Nazirliyi  layihə hazırlayır. Özəl şirkət var ki, hökumətə təklifər təqdim etməlidir. Amma  hələ  bəlli deyil, o şirkət nə iş görür.

Təhlükə saçan nəqliyyat vasitələri yalnız minik avtomobilləri deyil. Bura avtobus, yük maşınları, hətta qoşqular da daxildir.  Sovet maşınları daha sadə olduğundan mütəmadi olaraq texniki qulluq tələb edir. Sahibi ona  düzgün qulluq etməyəndə o da bir çox bədbəxt hadisələrə səbəb olur”. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə vurğulayır ki, istismar müddəti bitən nəqliyyat vasitələrinin utilizasiyası (çıxdaş) qanunla tənzimlənməlidir: 

“Bununla bağlı isə hələlik bir tələb göstərilmir. Avtomobilin utilizasiya olunması sadacə sürücünün  razılığına və insafına qalan məsələdir. Hansı sürücü deyər ki, maşınımı gətirmişəm, bunu çıxdaş edək. İndiyə kimi belə hal qeydə alınmayıb.

Qanun olmalıdır ki, sürücü istismar müddəti bitmiş daşınar əmlakını metalloma verəndə ona nə qədər kompensasiya ödəniləcəyini bilməlidir. Qanun layihəsi olmalıdır ki, avtomobilin çıxdaş olunmasnın şərtləri də  orada  qeyd olunsun”.

Ekspert Elməddin Muradlı Vaqif Əsədovun fikrinə əlavə olaraq deyir ki, qanun layhəsinə ehtiyac yoxdur: 

“Prezident tərəfindən təsdiqlənən dövlət poqramının icrasına  başlanılsa, problem öz  həllini tapmış olacaq. Dövlət proqramı  2019-2023-cü illəri əhatə edir.

Proqramın icrası ilə bağlı 2019-2020-ci illərdə heç bir  iş görülmədi. 2021-ci ilin 3 ayını da yaşadıq. Cəmi 2 ildən bir az çox vaxt qalır ki, istismar müddəti bitən sovet maşınları və digər nəqliyyat vasitələrinin hərəkətinə  icazə verilməsin”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin