Yaxın günlərdə Balakəndə arpa biçininə start veriləcək. Bəs bununla bağlı texniki-tədbirlər görülür?
Bizim.Media-nın yerli bürosu bildirir ki, vacib mövzu Balakən Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları ilə keçirilən görüşdə ciddi müzakirə edilib.
Müzakirələrdə Rayon Fövqəladə Hallar komissiyasının sədri Turan Dibirov çıxış edərək dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əməli tədbirlərdən bəhs edib, komissiya üzvlərinin bu istiqamətdə iş apardığını diqqətə çatdırıb.
Komissiya sədri rayon ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırıb, yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 24.05.2023
Taxıl zəmilərini yanğından necə qoruyaq? - FOTO
Hazırda oxunan: Taxıl zəmilərini yanğından necə qoruyaq? - FOTO
Hazırda oxunan: Taxıl zəmilərini yanğından necə qoruyaq? - FOTO
137645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.