Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayan vətəndaşın köməyə ehtiyacı yaranıb.
Bizim.Media xəbər verir ki, bina sakini 1966-cı il təvəllüdlü N.İslatovanın ayağının sınması və ağır çəkili olması səbəbdən köməyə ehtiyacı olduğu müəyyən edilib.
Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat verilib.
Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu təhlükəsizlik qaydalarına riayət etməklə qadını binanın həyətinə düşürərək Təcili Tibbi Yardım briqadasına təhvil verib.
Bizim.Media