Paytaxt yollarında TIXAC: Avtobuslar mənzilbaşına gecikir

Hazırda oxunan: Paytaxt yollarında TIXAC: Avtobuslar mənzilbaşına gecikir

137588

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 148 avtobusun hərəkət intervalında gecikmələr var. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya bildirilib ki, aşağıda qeyd olunan istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 15-20 dəqiqə gecikmə müşahidə olunur. 

2. Mikayıl Useynov prospekti Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127,149 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var. 

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur. 

4. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə qeydə alınır. 

5. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-24 dəqiqə gecikmə müşahidə olunur. 

6. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq var. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə var. 

7. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur. 

8. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə edilir. 

9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127,149 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-19 dəqiqə gecikmə müşahidə olunur. 
10. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-20 dəqiqə gecikmə var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin