Sabiq rəqəmsal inkişaf və nəqliyyat nazirləri indi HARADADIR? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq rəqəmsal inkişaf və nəqliyyat nazirləri indi HARADADIR? – ARAŞDIRMA 

137548

Azərbaycanın hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. O, 2021-ci ilin yanvarında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub. Hansı ki, sonradan qurumun adı dəyişdirilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. 

Ümumilikdə isə, müstəqillik dövründə sözügedən nazirlik fərqli adlarla fəaliyyət göstərib. Müstəqillik əldə edilikdən 2004-cü ilə qədər Rabitə Nazirliyi, 2004-2014-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 2014-2017-ci illərdə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adı ilə fəaliyyət göstərib.
2017-ci ildə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Azərbaycan Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Bir neçə fərqli ad altında fəaliyyət göstərən nazirliyə Rəşad Nəbiyevin təyinatına qədər 5 fərqli məmur rəhbərlik edib. 

Bizim.Media sabiq rəqəmsal inkişaf və nəqliyyat nazirlərinin indi harada olduğunu araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq maliyyə nazirləri indi HARADADIR? – ARAŞDIRMA


Sirus Abbasbəyli

Müstəqil Azərbaycanın ilk rabitə naziri Sirus Abbasbəyli olub. O, 1992-1997-ci illərdə bu vəzifəni daşıyıb. Azərbaycanda ilk optik rabitə sistemləri, müasir ilk rəqəmli ATS-lər, ilk  mobil rabitə, ilk internet, lk müstəqil beynəlxalq rabitə, Azərcell MMC, Bakcell MMC, Azevrotel MMC, Azərin MMC, Ultel MMC CATEl, internet və s. müasir rabitə xidmətləri məhz onun nazirliyə rəhpərliyi dövrdə yaranaraq inkişaf edib. Hazırda o, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədridir. 

Nadir Əhmədov

Ondan sonra nazir postunu Nadir Əhmədov tutub. O, 1997-2004-ci illərdə bu vəzifədə çalışıb. 10 may 2020-də 79 yaşında vəfat edib. 

Ziya Məmmədov

Ziya Məmmədov 2002-2017-ci illərdə keçmiş Nəqliyyat Nazirliyinə rəhbərlik edib. O, nazir təyin olunmamışdan öncə Azərbaycan Dövlət Dəmiryol İdarəsinin rəisi kimi fəaliyyət göstərib.

Nazir vəzifəsindən azad edilikdən sonra Ziya Məmmədov dövlət idarəetməsində hər hansı məsul vəzifə tutmayıb. Haqqında yayılan son məlumatlara görə, hazırda Azərbaycanda yaşayır.

Əli Abbasov

Nazirliyə uzun müddət rəhbərlik edən məmurlardan biri də Əli Abbasov olub. Ə. Abbasov 2004-2015-ci illərdə ölkənin rabitə sisteminə rəhbərlik edib. O, 2014-cü ilə qədər rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması Əli Abbasovun dövründə baş verib. O, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnsititunun baş direktorudur. 

Ramin Quluzadə

2016-ci ildə yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadə rəhbər təyin edilir. O 2021-ci ilə qədər bu vəzifədə qalır. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışır.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin