Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər cinsi azlıq nümayəndələridir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qız gecə vaxtı dəyənəklə polisə hücum etdi - ANBAAN VİDEO
Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib.
Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib.
Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.