Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.
Bizim.Media “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 2 pillə irəliləmək deməkdir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (242,01 MB/S), sonuncu yeri isə Kuba (1,97 MB/S) tutub.
Məlumata görə, ölkəmiz apreldə mobil internetin sürətinə görə 138 ölkə arasında 39,12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə mart ayına nisbətən 4 pillə geriləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Qətər (189,98 MB/S), sonuncu - 138-ci yeri isə Yəmən (3,98 MB/S) tutub.
Bundan başqa, apreldə Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 41,10 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 199,28 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 4 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,93 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 192 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,14 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:56 / 23.05.2023
Azərbaycan internetin sürətinə görə 2 pillə irəlilədi
Hazırda oxunan: Azərbaycan internetin sürətinə görə 2 pillə irəlilədi
Hazırda oxunan: Azərbaycan internetin sürətinə görə 2 pillə irəlilədi
137465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.