Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bizim.Media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Telegram səhifəsinə istinadən xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, kükürd qazı 1.2, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.3 dəfə yüksək müəyyən edilib.
Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 23.05.2023
Paytaxt havasında dəm qazının miqdarı normadan yüksəkdir
Hazırda oxunan: Paytaxt havasında dəm qazının miqdarı normadan yüksəkdir
Hazırda oxunan: Paytaxt havasında dəm qazının miqdarı normadan yüksəkdir
137418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.