Vətən Müharibəsi şəhidi Vahid Əlisoltanovun ailəsində körpə dünyaya gəlib. Vahidin bacısı oğlu, balaca Vahid...
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakənin Gərəkli kəndindən olan Vahid Əlisoltanov Vətən Müharibəsi başlayanda döyüş bölgəsinə yollanan ilk könüllülərdən olub.
O da atası Tahir kişi kimi vətənpərvər, dövlətini, xalqını sevən, Qarabağın azad olunması üçün canından keçməyə hazır olan igidlərdən idi. Atası Tahir kişi Birinci Qaqabağ müharibəsi iştirakçısı olduğundan ailədə bu mövzu hər zaman müzakirə məsələsi idi.
Bu günlərdə Əlisoltanovlar ailəsində son illərin ən xoş xəbəri hər kəsin üzünü güldürüb, çöhrəsinə sevinc bəxş edib. Tahir Əlisoltanovun qızının oğlu olub və ailə yeni doğulan körpəyə şəhid dayısının şərəfinə - Vahid adlandırıb.
Nəvəsinə Vahid adını verdiyini deyən Tahir Əlisoltanov Bizim.Media-nın yerli bürosu ilə söhbətində bildirib:
“Biz “Bir ölür, Min dirilirik”. İndi Vahid artıq yaşayır. Onun kimi igidləri belə yaşatmaq və vətənpərvər oğullar yetişdirmək lazımdır”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:46 / 23.05.2023
Vətən Müharibəsi şəhidinin adı yeni doğulan KÖRPƏYƏ VERİLDİ - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin adı yeni doğulan KÖRPƏYƏ VERİLDİ - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin adı yeni doğulan KÖRPƏYƏ VERİLDİ - FOTO
137413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.