Moderator.az xəbər verir ki, bu gün Elmlər Akademiyasında keçirilən iclasda “Azərbaycan Dövlət Torpaq Xəritəsi”x9dnin nəşri ilə bağlı çıxış edilib. Müzakirə zamanı məlum olub ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda mərhum alim, AMEA-nın müxbir üzvü Məmmədəmin Salayevin rəhbərliyi ilə hazırlanan bu xəritə indiyədək çap olunmayıb və əlyazma hüququndadır. Elmlər Akademiyasının müxbir üzvü Amid İsmayılov xəritənin hazırlanması ilə bağlı dəfələrlə müzakirələrin aparıldığını söyləyib.
Lakin bu gün ölkə üçün vacib olan xəritənin nəşri gecikir.
Elmin Nuri





























































































