Bu gün AMEA-nın Tibb və Biologiya bölməsinin iclasında Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor seçkilərinin keçirilməsi məsələsinə də baxılıb.
Moderator.az xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bölmə institutlarında direktor seçkilərinin keçirilmə qaydası barədə məlumat verib. Onun sözlərinə görə seçkilər AMEA-nın Əsasnaməsinə uyğun olaraq səsvermə yolu ilə aparılacaq.
Elmin Nuri




























































































