Nazirlik əməkdaşlarına atəş açılması məsələsinə DİN-dən REAKSİYA

Hazırda oxunan: Nazirlik əməkdaşlarına atəş açılması məsələsinə DİN-dən REAKSİYA

137326

Daxili İşlər Nazirliyi Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına odlu silahla atəş açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib:

“2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə isə bildirmək istəyirəm ki, ilkin baxışda nə əməkdaşın özündə, nə də geyimində hər hansı bir odlu silah izi aşkarlanmayıb. 
Hər bir halda iddialar araşdırma predmetidir. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin