Müğənni Dəniz Əsədova neçə il həbs cəzası ala bilər? – Hüquqşünasdan İZAH

Hazırda oxunan: Müğənni Dəniz Əsədova neçə il həbs cəzası ala bilər? – Hüquqşünasdan İZAH

137311

Kəlbəcər rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımova müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətə bu gün -mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. 

Sabiq baş həkimin müğənnini hansı maddələrlə ittiham etdiyi hələki açıqlanmır. Amma problemin mahiyyəti bəllidir. 

Bu barədə Dəniz Əsədova bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında məlumat verib. Onun dediklərindən belə aydın olub ki, 5-6 il qabaq çevrəsində olan imkanlı adamların əlillik dərəcəsi almaları üçün çoxsaylı insanlardan müxtəlif miqdarda pul vəsaiti alaraq Sabunçu rayon 21 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi işləmiş Rauf İsfəndiyarova, 8 saylı tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Şahin Verdiyevə və Kəlbəcər rayon xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovaya verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Müğənni Dəniz şikayət etdi, baş həkim HƏBS EDİLDİ


Lakin, bəlli səbəblərdən Dəniz Əsədovanın boyun olduğu işlərin bir qismi alınmayıb. Nəticədə, müğənni çox böyük bir vəsaitin altında qalıb.

Dəniz Əsədovanın iddiasına görə söhbət milyonlarla manatdan gedir. O əlillik vəsiqəsi alacaqlarına söz verdiyi adamlarının bir qisminin pulunu özünün mal-mülkünü ödəməklə ödəyib. 

Lakin, tələb olunan borc məbləği çox böyük olduğu üçün müğənni onu ödəyə bilmir. Eyni zamanda, ona bu işdə söz verən və əvəzində külli miqdarda rüşvət alan Rauf İsfəndiyarov, Şahin Vediyev və Mehparə Kazımova söz verdikləri işi görə bilməmələrinə rəğmən aldıqları pulu geri qaytarmırlar. Beləcə, müğənni söz verdiyi adamların qarşısında tək və əlacsız qalıb.

Dəniz Əsədova bu çıxışı ilə əslində özünü ifşa edib. Böyük bir cinayətdə əlinin olmasını təsdiqləyib. 

Bəs, bu etiraflarına və etdikləri hərəkətlərinə görə müğənnini hansı cəza gözləyir?

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hələlik Dəniz Əsədovaya qarşı cinayət işi açılmayıb:

“Ona görə də onu hansı cəzanın gözlədiyini demək mümkün deyil. Bununla belə, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Bu ağır maddədir. Çünk, bu maddənin tətbiqi üçün zərərin miqdarı 50 mindən 500 min manata qədər olmalıdır. Əlillik almaq istəyənlərinsə bu qədər rüşvət verdiyi heç də inandırıcı deyil.  

Burda isə CM-nin 178.1-i işə düşür. İttiham bu maddə ilə olsa onda təqsirləndirilən şəxslərin hər biri dəymiş ziyanı ödədiyi şəraitdə məsuliyyətdən qurtula bilər. Lakin, dəymiş ziyan ödənilmədikdə təqsirləndirən hər bir şəxsi üç min manatdan beş min manatadək miqdarda cərimə və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin