İtkin düşən 13 yaşlı qızın anasından EKSKLÜZİV – “Qızımı cəlilabadlı oğlan aparıb”

Hazırda oxunan: İtkin düşən 13 yaşlı qızın anasından EKSKLÜZİV – “Qızımı cəlilabadlı oğlan aparıb”

137280

Xəbər verildiyi kimi Tovuz rayonunun Aşağı Quşçu kənd sakini 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva itkin düşüb. 

5 gündür yoxa çıxan qızın axtarışları ərazi üzrə hüquq-mühafizə orqanları tərəfindən aparılsa da, ailəsinə yeniyetmənin harada olması barədə hələki məlumat daxil olmayıb. 

İtkin düşən qızın anası Samirə Tağıyeva isə qızının həsrətindən yatağa düşüb. Bizim.Media-ya özəl açıqlama verən ananın bildirdiyinə görə qızı evdən gedəndə məktəbli çantasına kiçik kağız parçasında məktub yazıb qoyub. 

Məktubda isə bu cümlələri yazıb:

“Bu ay da getməsəydim, gələn ay gedəcəkdim...”

“Mayın 18-i bir yerdə anamgildəyik. Birlikdə evə gəlib onu düşürtdüm, tapşırdım ki, evdə otur krediti ödəyim və bazarlıq edib gəlirəm. Saat 3-ün yarısı idi. Krediti ödəyəndə baxdım ki, şəxsiyyət vəsiqəm evdə qalıb. Konturum yox idi, oradan bir nəfərdən xahiş etdim və qızıma yığdıq. Şəxsiyyət vəsiqəsinin fotosunu mənə göndərdi və sağollaşdıq. Sonuncu danışığımız elə onda oldu. İşlərimi bitirəndən sonra evə qayıtdım və qapının bağlı olduğunu gördüm. Artıq saat 5-in yarısı idi. Qonşulardan, yaxınlardan soraqlaşdım, qızı görən olmayıb dedilər. Özü ilə geyim, telefon və adapterini aparıb. Nömrəsini isə çıxarıb evə qoyub”.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda itkin düşən 13 yaşlı qız hələ tapılmayıb - FOTO


Ana iddia edir ki, qızını uzun müddətdir mesajlaşdığı Cəlilabad rayonundan Azad adlı oğlan aparıb:

“Mənim uşağım onun çağırışı ilə gedib. Oğlan qızımla üzü maskalı danışırdı. Dəfələrlə müdaxilə etməyə çalışdım, hətta oğlanı da hədələdim ki, səni polisə verəcəyik. “Əl çəkəcəyəm qızınızdan” dedi. Amma əməl etmədi. Bilmirəm özü tək gəlib aparıb, yoxsa, kimlərinsə köməkliyi olunub. Onu bilirəm ki, bu, tək işi deyil.

Qızım uşaqdı və heç yeri tanımırdı.  Uşağın itkin düşməsi barədə şöbəyə gedəndə oğlanın nömrəsindən mənim nömrəmə mesaj gəldi. Mesajda yazılmışdı:

“Çıxmısan, hardasan, çatmısanmı?” Yəqin oğlan qızıma yazıb, baxıb ki, zəng çatmır, mənə göndərib. 5 gündür qızımın həsrətindən gecəm-gündüzüm yoxdur. Özüm xəstə və yeni əməliyyatdan çıxmışam. Dözə bilmirəm, onun hələ 12-13 yaşı var, sağ-salamat tapılmıb, evə qaytarılmasını istəyirəm”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin