Qarabağ Azadlıq Təşkilatı bir qrup gənc tərəfindən təsis edilən “İrəvan-2018”x9d Hərəkatını dəstəkləmək barədə qərar qəbul edib. Təsisçilər bu Hərəkatı yaratmaqla vacib məsələni gündəmə gətiriblər.
İrəvan şəhəri 1918-ci ildə ermənilərə Azərbaycan parlamenti tərəfindən siyasi güzəşt
olaraq verilib. Azərbaycan bu addımı beynəlxalq birliyin, o cümlədən ABŞ,
İngiltərə, Fransanın birbaşa xahışı əsasında atıb. Ermənilər Tiflis şəhərində
öz müstəqilliklərini elan etmişdilər, amma paytaxt elan etmək üçün siyasi mərkəzləri
yox idi. Azərbaycan əksəriyyət etibarı ilə azərbaycanlıların yaşadiqları və
tarixi Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməklə humanist bir addım
atmışdı. Bu addım həmçinin regionda sülh və sabitliyin bərqərar olmasına xidmət
edirdi. Azərbaycan parlamentinin 29 may 1918-ci il tarixli qərarında da göstərilirdi
ki, İrəvan şəhəri ermənilərə bir şərtlə verilir ki, onlar Azərbaycana qarşı bir
daha hər hansı ətrazi iddiasında olmasınlar. Erməni tərəfi də bu şərtə razılaşmışdı.
Amma ermənilər az sonra bu şərti kobud şəkidə pozdular və bu günə qədər də
pozmaqda davam edir, təcavüz və işğal hərəkətlərini həyata keçirirlər.
“İrəvan- 2018”x9d Hərəkatı
tarixi ədalətin bərpa olunması, 100 ildən sonra İrəvanın və digər tarixi
torpaqların Azərbaycana qaytarılması işinə xidmət edir. QAT bu təşəbbüsü dəstəkləyir
və hərtərəfli yardım etməyə hazır olduğumuzu bildirir.
































































































