Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, ictimaiyyət nümayəndələri Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərin məzarı üzərinə gül qoyub, ruhlarına dualar oxuyublar. QAT sədri Akif Nağı ziyarət zamanı bildirib:
“ Son Vyana görüşləri də
göstərdi ki, torpaqlarımızı yalnız hərbi yolla işğaldan azad edə bilərik. Azərbaycan
danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Yüzminlərlə qurbanın
hesabına olsa da, torpaqlarımızı azad etməliyik”x9d.
Sonra aksiya
iştirakçıları işğalçılara nifrətlərinin ifadəsi olaraq Ermənistan bayrağını
tapdalayıb, sonra yandırıblar.

































































































