Özəl kurslarda çalışan müəllimlər testdən keçirilirmi? – ARAŞDIRMA 

Hazırda oxunan: Özəl kurslarda çalışan müəllimlər testdən keçirilirmi? – ARAŞDIRMA 

137250

Son dövrlər özəl  kursların əksəriyyəti işə qəbulu imtahan üsulu ilə təşkil edir. Bu imtahanlar Müəllimlərin İşə Qəbulu İmtahanından asan və tez başa gəldiyindən gənc müəllimlərin çoxu çalışmaq üçün məhz kurslara yönəlirlər.

Bu isə bir sıra hallarda problemlərin meydana çıxmasına səbəb olur.

Özəl kursların birində kimya müəllimi işləyən Fidan Quluzadə deyir ki, prestijli kurslarda bu proses qayda-qanun çərçivəsində təşkil edilir:

“Öz statusu olan kurslarda bu proses ümumi qaydalarla, yəni imtahan üsulu ilə şəffaf şəkildə baş tutur. Belə ki, işə qəbul imtahan üsulu ilə həyata keçirilir. İmtahan mərhələsində 50 faizdən çox nəticə göstərən vakantla əlaqə saxlanılır və 2-ci mərhələyə çağırılır. Onlardan açıq dərs keçirməsi istənilir. Bu mərhələləri keçən müəllim kursda repetitor fəaliyyətinə başlayır. Müsabiqə zamanı daha çox Dövlət İmtahan Mərkəzinin sual bazasina müraciət edilir. Əsasən də, MİQ imtahanı səviyyəsində suallar tərtib edilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblər sentyabrın 1-də açıla bilərmi? - VİDEO


Movzu ilə bağlı olaraq təhsil eksperti Elçin Əfəndi bildirib ki, özəl kurslarda müəllimlərin işə qəbul imtahanları hər bir kursun öz səlahiyyətləri daxilində həyata keçirilir:

“Özəl kursların keçirdiyi imtahanların hər biri öz daxili qaydalarına əsaslanır. Burda hər bir özəl kurs fərqli maraqlara xidmət edir. Kursların əksəriyyəti vahid ixtisaslar üzrə, əsasən də uyğun ixtisaslara qəbul həyata keçirir. Fərqli ixtisas sahiblərinin prosesə cəlb olunması yolverilməzdir”.

Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin kecirdiyi imtahanlarla özəl kursların işə qəbul imtahanı arasında ciddi fərqlər çoxdur:

“Özəl tədris müəssisələrində müəllimlərin işə qəbulu zamanı müəyyən tələblər var. Hansı ki hər bir kurs bunu özü təyin edir. Prosesə nəzarət mexanizmi mövcud deyil. Çünki hər bir qurum məsul şəkildə imtahan keçirmək hüququna malikdir. Burada hər hansı müdaxilə və prosesə nəzarət məsələsi konkret olaraq özəl müəssisənin nizamnaməsində nəzərdə tutulur. Bu da müvafiq olaraq qanunvericiliklə təsdiq olunur. 

Kursların əksəriyyəti əvvəlcədən vakant yerləri elan edir. Burda konkret olaraq kimlər müsabiqə şərtlərini ödəyirsə, onlar müsahibəyə dəvət edilir və işlə təmin olunma məsələsinə baxılır.


Konkret əmək haqqı və digər məsələlər müsahibə mərhələsində danışılır. Hər iki imtahan arasında fərqlər çoxdur. Məsələn, dövlət 10 min yerlik imtahan keçirirsə, kurs 10 yaxud 50-60 yer uğrunda müsabiqə elan edir”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin