Laçın rayonunda telekommunikasiya şəbəkəsinin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğular təmin edilib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə “Aztelekom” MMC-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Laçın şəhərində də “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON şəbəkəsinin tətbiq olunması üçün işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir.
Xidmətlərdən Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də yararlana biləcək. Xidmətlərin konkret ünvanlara təhvil verilməsi isə tələbata uyğun olaraq planlı şəkildə icra ediləcək.
Hazırda Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, eləcə də işğaldan azad olunan digər şəhər və rayonlarda, kəndlərdə telekommunikasiya xidmətlərinin bərpası istiqamətində layihələndirmə, texniki şərtlərin hazırlanması, kabellərin çəkilməsi işləri planlı şəkildə həyata keçirilir.
Əhalinin məskunlaşma proqramına uyğun olaraq, bərpa edilən bütün yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 22.05.2023
Laçında yeni telekommunikasiya ŞƏBƏKƏSİ QURULUR
Hazırda oxunan: Laçında yeni telekommunikasiya ŞƏBƏKƏSİ QURULUR
Hazırda oxunan: Laçında yeni telekommunikasiya ŞƏBƏKƏSİ QURULUR
137241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.