"Dövlət Gömrük Xidmətində (DGX) 700 milyonluq kəsrin aşkar edilməsi yalandır."
Bizim.Media xəbər verir ki, bunu qurumun sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Xidmətin sədri bu cür yalan məlumatların arxasında xüsusi maraqların dayandığını söyləyib.
MÖVZU İLƏ BAĞLI:
İdxalın 59 faizi gömrük rüsumundan azad olunub - Səfər Mehdiyev
“Bizi hər hansısa bir hüquq mühafizə orqanı, hər hansı xidmət gəlib yoxlayıb və 700 milyon kəsr aşkarlayıb. Belə bir məlumatı sadəcə sosial şəbəkələrdən duyduq. Sadəcə üzüldük. Niyə üzüldük? Ona görə ki, DGX-nin fəaliyyətində olan çatışmazlıqları ictimaiyyətə çatdırmağın hər kəsin hüququ var".
"Bu azad mətbuatdır. Amma bu cür yalnış məlumatların yayılması xidmətin fəaliyytinə kölgə salmağa cəhd edən kimlərinsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi".
"Bizi hər il müvafiq qurumlar, Hesablama Palatası gəlib yoxlayır".
"Biz hər hansı bir fabrik və zavod deyilik ki, nədənsə kəsirimiz olsun. Ümumiyyətlə, Gömrük Xidmətində son 3 ildə nəticələri görmürlərsə kordular”.
Bizim.Media