Yeni tədris ilindən məktəbli formaları da yenilənir.
Bizim.Media xəbər verir ki, bununla bağlı Xəzər televiziyası reportaj hazırlayıb.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov qeyd edib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.
Etibar Əzimovun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.
Ən maraqlı məqam isə budur ki, görəsən yeni məktəbli formalarının qiyməti də yenilənəcək yoxsa öncəki qiymətlə satılacaq?
Məktəbli geyimləri ilə bağlı Elm və Təhsil nazirliyinə də müraciət edilib. Nazirlikdən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər.
Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 21.05.2023
Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO
Hazırda oxunan: Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO
Hazırda oxunan: Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO
137103
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.