Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – XƏBƏRDARLIQ  

Hazırda oxunan: Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – XƏBƏRDARLIQ  

136998

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır. 

Bizim.Media xəbər verir ki, vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur. 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin