Azərbaycan ən məşhur serialları ilə vidalaşır...

Hazırda oxunan: Azərbaycan ən məşhur serialları ilə vidalaşır...

136994

Azərbaycan serial tarixində ilk dəfə olaraq 3 il fasiləsiz həftənin beş günü yayımlanan “Həyat sən nə qəribəsən”x9d və “Bir ailəm var”x9d layihələri bitmək üzrədir. “Xəzər”x9d televiziyasına məxsus olan bu layihələrin məsul şəxslərinin  Moderator.az-a verilən məlumata görə   iki serialda indiyə qədər 85 aktyor geniş, 2500 aktyor və aktrisa isə epizodik rollarda çəkilib. 
Rejissor Rüfət Şahbazovun ekranlaşdırdığı “Bir ailəm var”x9d serialında əsas rollarda Həmidə Ömərova, Elşən Rüstəmov, Kənan Yusifov, Rada Nəsibova, Günel Həmidova, Elnur Kərimov, , Elnur Qədirov, Kəmalə Mehdiyeva, Rəşad Bəxtiyarov və başqaları iştirak edirlər.  

Ramin Nəbiyevin rejissoru olduğu  "Həyat sən nə qəribəsən?”x9d serialında isə   Asya Atakişiyeva, Tural Baxış, Suğra Bağırzadə, Nurəddin Mehdixanlı, Elvin Ağayev, Zülfiyyə Qurbanova, Aysel Nəsirzadə, Könül Cəfərzadə, Elsevər Mehdizadə, İzaməddin Bağırov, Təvəkkül Əhmədov, İlqar Musayev, Güşvər Şərifova, Mətanət Atakişiyeva, Nigar Məmmədova, Vüsal Əzizov və başqaları çəkilib.
Qeyd edək ki, “Həyat, sən nə qəribəsən”x9d serialı efir məkanında  ən reytinqli serial olub
Seriallar. 02.06.2016 və 03.06.2016 iyun tarixində Azərbaycan teleməkanında ilk dəfə olaraq canlı final yayımı ilə sona çatacaq. 
Moderator.az-a verilən məlumata görə, bu iki serialdan heç birinin davamı olmayacaq.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin