Naxçıvandakı Türkiyə vətəndaşlarının prezident seçkilərində səsverməsi başlayıb

Hazırda oxunan: Naxçıvandakı Türkiyə vətəndaşlarının prezident seçkilərində səsverməsi başlayıb

136973

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərin ikinci turu üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb. 

Bizim.Media xəbər verir ki, qardaş ölkənin muxtar respublikada yerləşən konsulluğunda seçkilərin ikinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları artıq səs verməyə başlayıb. 

İlk olaraq, Türkiyənin Naxçıvanda olan Baş konsulu Asip Kaya səs verib. İkinci mərhələdə səsvermə 3 gün dək davam edəcək. Seçkilər səhər saat 08:00-dan 22:00-dək səs verə bilərlər. 

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də baş tutacaq.

Prezidentliyə iki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq. 

Qeyd edək ki, səsvermə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin