Zaqatalada jurnalist adı ilə insanları aldadan şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: Zaqatalada jurnalist adı ilə insanları aldadan şəxs SAXLANILDI - FOTO 

136963

Özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj edərək onlardan pul tələb edən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində informasiya saytları eləcə də televiziyalar adından sui-istifadə edərək bir müddət idi ki, fırıldaqla pul yığan, vəzifəli şəxsləri şantaj etməkdən çəkiməyən rayonun Aşağı Tala kənd sakini Vüqar Musayev saxlanılıb. 

Faktla bağlı araşdırmalar başa çatandan sonra iş Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Vüqar Musayevin dələduzluq əməlləri təsbit edilərək barəsində iki ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. 

Zaqatala rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata əsasən dırnaqarası bu “jurnalist”in qanunsuz əməlləri, fırıldaq və dələduzluğuna dair bu ilin fevral ayının sonlarında bir neçə şikayət daxil olub. Məsələ ilə əlaqədar olaraq Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.  



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin