Məlum olduğu kimi, dünən şair Saday Şəkərli məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Maraqlıdır,
S.Şəkərlinin həbsi ölkə daxilində onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirə,
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu bir qədər də zədələyə bilərmi?
Bununla
bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış şair, Saday Şəkərlinin
hüquqlarını Müdafiə Komitəsinin üzvü Murad Köhnəqala, qələm adamının həbsinin
bütün hallarda arzuedilməz olduğunu vurğuladı:
“Şair
Saday Şəkərli ilə yaxın münasibətimiz var. Düşünürəm ki, istənilən
halda bir qələm adamının həbsi ölkə üçün arzuedilməz haldı. Konkret Sadayın məsələsinə
gəldikdə isə,
mən bu işin detallarını dəqiqliyi ilə bilmirəm. İndiki durmda yalnız məhkəmələrimizin
işə ədalətli yanaşmasını və şairin tezliklə azadlığa buraxılmasını
arzulayıram...”x9d
Seymur
Əliyev




































































































