Rus Ordusunun Azərbaycandan çıxarılması Dövlət bayramı kimi qeyd edilsin- Təklif

Hazırda oxunan: Rus Ordusunun Azərbaycandan çıxarılması Dövlət bayramı kimi qeyd edilsin- Təklif

136928
16 may 2016-ci ildə Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai ”“ siyasi vəziyyət  və qarşıda duran vəzifələr  müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Yığıncağında 25 may- işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının  23-cü  ildönümü  və 28 may - Respublika günü münasibəti ilə KXCP-nin Tədbirlər planı qəbul edilib.  
Tədbirlər planına uyğun olaraq 25 may işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının  23-cü ildönümü və 28 may- Respublika günü münasibəti ilə müraciət qəbul edilmiş və KXCP rayon (şəhər) şöbələrinin həmin günlərlə bağlı tədbirlər keçirməsini məqsədəuyğun hesab etmişdir. Rus Ordusunun Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qəbul edilmiş Müraciətdə Azərbaycan hökümətindən 25 mayın- Dövlət  bayramı kimi qeyd edilməsi və  həmin günün şərəfinə Bakı şəhərində abidə qoyulması  tələb edilib.
28 mayda Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsinin, Fəxri Xiyabanda Ə.Elçibəyin məzarının ziyarət edilməsi və bir sıra tədbirlərin keçirilməsi qərara alınıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin