Məzar daşlarına yazılan bayağı şeirlər - Fotolar

Hazırda oxunan: Məzar daşlarına yazılan bayağı şeirlər - Fotolar

136913
Bu gün cəmiyyətimizdə bahalı məzar daşlarının sadəsiylə əvəzlənməsi təklifi müzakirə edildiyi bir vaxtda, məzar daşlarına yazılan bayağı şeir nümunələri də ictimai problemlərdən biridir. 

Bununla bağlı Moderator.az -ın əməkdaşı maraqlı bir araşdırma aparıb. Məlum olub ki, məzar daşlarına yazılan bu şeir nümunələrindən, ölü yiyələrinin heç xəbəri belə olmur. Bu “poeziya çələngi”x9d məzar daşını düzəldən şəxslər tərəfindən yazılır. Aşağıdakı şeir nümunələrinə nəzər salaq. 

Yaşlı bir kişinin məzar daşında belə bir şeir nümunəsi yazılıb:

Sınaydı çərxin ey dövran,

Bizim bir danəmiz getdi.

Qaranlıq bir məzar içrə,

Bu gün dürdanəmiz getdi.

Əcəl səyyadı tez gəldi,

Bizim bağı xəzan etdi.

Sənin ömrün gülü soldu,

Bütün gülxanəmiz getdi.

Qafiyə quruluşu bir ”“ birini tamamlasa da, şeirdə yeni nəfəs deyilən bir şey yoxdu. Yəni 2015 ”“ ci ildə məzar daşına yazılan şeirdə “dövran”x9d, “çərxin”x9d və bir çox ifadələr köhnə şeir nümunələrində işlənən sözlərdi. Yəni son beş ildə Azərbaycan poeziyasında belə bir ifadələr işlənmir. Qaldı ki, şeirin yaşlı kişiylə heç bir əlaqəsi belə yoxdu.



Araşdırmamız zamanı o da məlum oldu ki, əslində bu şeirlər xüsusi adamlar tərəfindən sifarişlə yazılır. Yəni məzar daşını düzəldən qurum şeirlə bağlı həmin şəxslərə müraciət edir və onlar da bir günün içində “ürəyə yatımlı”x9d ”“ (ifadə mənimdi ”“ V. Əlihüseyn) şeiri yazıb təhvil verirlər. Daha bir yaşlı atanın məzar daşına yazılmış “Ata”x9d şeirinə nəzər salaq. Əgər “Ata”x9d şeiri demək olarsa.

Bəzən tufanlıydın, bəzən dalğalı,

İndi əbədi uyuyan atamıssan.

Sən anamın qayğısı, anamın sirdaşı,

Bahar sevincli tək atamsan.

Rəhmətə gedənin məzar daşına yazılmış şeir nümunəsindəki: “Bəzən tufanlıydın, bəzən dalğalı”x9d ifadəsinə görə, yaxın adamlarından soruşanda məlum oldu ki, kişinin heç “dalğa”x9dyla əlaqəsi olmayıb. Biz elə fikirləşdik ki, bəlkə mərhum əvvəllər dənizdə işləyib və ona görə də “dalğa”x9d ifadəsi seçilib. Amma, yaxınlarının dediyinə görə, kişi ömrü boyu quruda olub və sürücülük edib. Qaldı ki: “Sən anamın qayğısı, anamın sirdaşı”x9d ifadəsinə, məlum oldu ki. mərhum həyat yoldaşı ilə ömrü boyu dava ”“ dalaşda olub. Ağsaqqal bir kişinin “Bahar sevincli...”x9d olmasının günahıda qalsın müəllifin boynunda.

Məzarlıqlara nəzər saldıqca, belə yazıları çox uzun ”“ uzadı yazmaq olar. Amma, diqqətimizi çəkən yaxşı şeir nümunələri oldu. Məsələn xalq şairi Nəriman Həsənzadənin şeirlərindən bir bəndinə rast gəldik. Məlum oldu ki, mərhumun oğlu ədəbiyyatdan anladığı üçün, məzar daşına baş daşı düzəldənlər deyil, birbaşa özü şeir seçib. Həmin şeir parçasını təqdim edirik.

Tək sənin səsinə həsrətəm evdə,

Nə qədər dinləsəm dostu, tanışı.

Oğul ”“ qız yanında mən təkəm evdə,

Başqadır həyatda həyat yoldaşı.

Xatırladaq ki, mərhum qadın olduğu üçün, şeiri həyat yoldaşının dilindən verilib.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin