Atmosferin korlanmasında istixanaların rolu nə qədərdir? – Ekoloqdan AÇIQLAMA

Hazırda oxunan: Atmosferin korlanmasında istixanaların rolu nə qədərdir? – Ekoloqdan AÇIQLAMA

136874

İstixana qazları ətraf mühitin temperaturunun kəskin artmasına səbəb olur. Buna görə də 2023-2027-ci illər tarixdə ən isti beş illik dövr olacaq. 

Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının BMT-yə təqdim etdiyi yeni hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, qarşıdakı beş ildən ən azı birinin tarixdə ən isti il olacağı ehtimalı 98%-dir. Bundan əlavə, növbəti beş ildən ən azı birində orta illik temperatur yüksəlməsinin 1,5°C həddini keçəcəyi ehtimalı isə 68% təşkil edir. 

Tədqiqatçılar həmçinin iddia edirlər ki, 19-cu əsrin sonlarından bəri insan fəaliyyəti nəticəsində meydana çıxan istixana qazları emissiyaları artıq qlobal orta temperaturun 1°C-dən çox artmasına səbəb olub. 2022-ci ildə orta temperatur artıq 1850-1900-cü illərin orta göstəricisindən 1,15°C daha çoxdur. Eyni zamanda, alimlər onu da qeyd edirlər ki, hər on ildə temperatur təxminən 0,2°C yüksəlir.

Nəzərə alaq ki, son 20 ildə ölkəmizdə çoxlu sayda istixanalar istifadəyə verilib. Abşeron yarımadasında və Bakıətrafı ərazilərdə də hazırda kifayət qədər istixana var. Həqiqətənmi bu istixanalar ekoloji fəlakət yaradır?

Məsələ ilə bağlı ekoloq Ənvər Əliyevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Azərbaycan kimi 8 iqlimə malik ölkədə 5 il yox, heç 5 gün sonranın hava temperaturunu dəqiq demək çox çətin və məsuliyyətli bir işdir:

“Dünyada hazırda istiləşmə dövrü gedir. 2050-ci ildən isə kiçik buzlaşma dövrü başlayacaq. BMT-nin bu barədə bəyanatı da var. O ki, qaldı istixanalardan ətraf mühitə yayılan qazlara. Dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də bu fakt var. Lakin bir məsələni unutmayaq ki, istixanalardakı bitkilər həm də atmosferi oksigenlə zənginləşdirir. Ona görə də istixanalardan havaya atılan dəm qazı qısa zamanda oksigenlə reaksiyaya giərərək itir”.

Ənvər Əliyev qeyd etdi ki, ekologiyaya zərbə vuran əsasən qeyri-istehsal sahələri və avtomobillərdir:

“İri heyvandarlıq komplekslərinin də ekologiyamıza ziyanı böyükdür. Çünki, bu kompleksdən atmosferə kifayət qədər karbon qazı atılır. İstixanalardan atılan karbon-dioksidi havada oksigenlə birləşir, olur karbon-oksid. Ona görə də istixanalardan buraxılan qazların atmosferə ziyanı çox azdır. Mən ona görə də Ümumdünya Meteorologiya Təşkilatının səsləndirdiyi fikirlərlə tam razı deyiləm”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin