Səhiyyə Nazirliyi tapa bilmir, efirlər isə doludur... – Psixoloqdan MARAQLI ÇÖZÜM

Hazırda oxunan: Səhiyyə Nazirliyi tapa bilmir, efirlər isə doludur... – Psixoloqdan MARAQLI ÇÖZÜM

136851

Azərbaycanın xəstəxanalarında psixoloji sağlamlıq sahəsində vakant olan mütəxəssis yerlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib ki, hazırda Səhiyyə Nazirliyinin sistemində 31, TƏBİB-in sistemində isə 32 kliniki psixoloq var:

“Hər rayon üzrə psixoloqun təmin edilməsi üçün Səhiyyə Nazirliyinə 24, TƏBİB-də isə 59 kliniki psixoloq lazımdır. Psixiatrların sayına gəlincə, Səhiyyə Nazirliyinin sistemində onların sayı 153, TƏBİB-in sistemində isə 48-dir. Ştat cədvəlinə əsaslanan vacib ehtiyac sayı 99-dur. Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri üzrə 76, TƏBİB üzrə isə 23 psixiatra ehtiyac var”.

Bəs, bu qədər kadr çatışmazlığı nə ilə bağlıdır?

Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra dövlət qurumları qazilərlə profilaktik iş aparmaq və onlara psixoloji yardım göstərmək üçün xaricdən xeyli sayda mütəxəssis dəvət edib:

“Hələ o zaman bəlli oldu ki, ölkəmizdə psixoloq çatışmazlığı var. Və bu gün həm Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in psixoloq axtarması da təsadüfi deyil. Baxmayaraq ki, efirlər psixoloqla doludur. Şəhərdə addımbaşı psixoloji yardım mərkəzlərinə rast gəlinir. 

Dövlət qurumlarının psixoloq tapmamasının iki səbəbi var:

Birincisi, bu gün özünü psixoloq kimi təqdim edənlərin böyük əksəriyyəti qeyri-ixtisas sahibləridir. Həmin “psixoloqlar” arasında ixtisasca filoloq, geoloq, fizik və hətta kimyaçı olanlar var. Onların çoxu bir neçə aylıq kurs keçdikdən sonra hansısa sertifikat alırlar. Və “həci”lərin hesabına qısa zamanda dönüb olurlar “məşhur psixoloq”. Təbii ki, belə “psixoloqları” dövlət istəmir. Dövlət qurumları ixtisaslı, ali təhsilli psixoloq axtrır.

İkincisi, əmək haqqı məsələsidir. Bu gün “həci” puluyla “psixoloq” olan, bahalı ofis kirayələyən və pul hesabına hər gün efirlərdə olanlar gedib aylıq maaşa isləmək həvəsində deyillər. Üstəlik, dövlət sektorunda işləmək təkcə ali təhsil yox, həm də məsuliyyət tələb edir. İndiki “psixoloq”ların çoxunda isə nə ali təhsil var, nə də ki, məsuliyyət. Ona görə də TƏBİB və Səhiyyə Nazirliyi psixoloq axtarışına çıxıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin