Qax rayonunda iki azyaşlı dərmandan zəhərlənib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, mayın 17-i axşam saatlarında rayonun Qum kənd sakini 2020-ci il təvəllüdlü Zaira Məmmədova və Fıstıqlı kənd sakini 2020-ci il təvəllüdlü Melisa Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.
Müayinə zamanı yaxın qohum olan hər iki azyaşlının nəzarətsiz qalaraq sakitləşdirici dərman içərək zəhərlənmələri məlum olub.
Zaira Məmmədova və Melisa Məmmədliyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Azyaşlıların vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:59 / 19.05.2023
Qaxda azyaşlılar dərmandan ZƏHƏRLƏNİB
Hazırda oxunan: Qaxda azyaşlılar dərmandan ZƏHƏRLƏNİB
Hazırda oxunan: Qaxda azyaşlılar dərmandan ZƏHƏRLƏNİB
136834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.