“Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ
Onun sözlərinə görə ailə institutunun möhkəmləndirilməsi üçün birgə və təşkilati hüquqi tədbirlər görülsə də, nəticə ürəkaçan deyil:
“Bu daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Lakin heç bir halda boşanmaların qarşısını almaq mümkün olmur”.
Alçina Amilqızı, Bizim.Media