"Aliment öhdəliyi olanlar həssas qrup kimi tanınsın" - Milli Məclisin şöbə müdiri 

Hazırda oxunan: "Aliment öhdəliyi olanlar həssas qrup kimi tanınsın" - Milli Məclisin şöbə müdiri 

136810

"Aliment öhdəliyi olan şəxsləri sosial həssas qrup kimi tanınmalıdır və onların işə düzəlməsinfə, yaxud məşğulluq tədbirlərinə cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. Belə olsa, onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ  


Onun sözlərinə görə, alimentlə bağlı problemlər çox ciddidir: 

“Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Aylıq gəlir olmadıqda ya onu sübut etmək mümkün olmadıqda, aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. 

Əgər üç uşaq varsa bu məbləğ kifayət qədər yüksək olur.

Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əməkhaqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin