“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda tramvay xəttinin çəkilməsi layihəsi yoxdur – RƏSMİ
Qərara əsasən Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bundan əvvəl “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.
Bizim.Media