Muzeylər şəhəri Şəkidə əlamətdar gün belə QEYD EDİLDİ - FOTO 

Hazırda oxunan: Muzeylər şəhəri Şəkidə əlamətdar gün belə QEYD EDİLDİ - FOTO 

136772

Bu qədim Şəki şəhərində tarixi abidələlər, qala və karvansaraylarla yanaşı 10 dan çox muzey də fəaliyyət göstərir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onların sırasında 200 hektardan çox əraziyə malik olanı  "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğudur.    

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Qoruğun ərazisində, dünya memarlıq abidəsi-Şəki Xan sarayının qarşısında tədbir keçirilib. Tədbiri qoruğun elmi işçisi Zəminə Rəsulova açaraq bu əlamətdar günün əhəmiyyətindən, Şəkidəki muzeylərin tarixindən bəhs edib.  

Daha sonra Şəki Tarix Diyarşünaslıq muzeyinin, Şəki Xalq Tətbiqi Sənətləri muzeyinin və Şəki Dövlət Rəsm Qalereyasnın direktorları rəhbərlik etdikləri muzeylər və əlamətdar gün haqqında tədbir iştirakçılarına məlumat veriblər. 
Tədbir Şəki Regional Kollecinin və Peşə məktəbinin tələbələri üçün nəzərdə tutulmuş Şəki ABAD Keramika mərkəzindən Orxan Abbasov və gənc şəbəkə ustası Vüqar Rəsulovun ustad dərsləri ilə davam edib. 
 
Ustad dərslərinə Xan sarayını ziyarət edən yerli və əcnəbi qonaqlar da qatılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin