Adıyaman və Afşində Q.Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb.
Türkiyənin Adıyaman vilayətində və Afşində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub. Tədbirlərdə çoxlu sayda ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər.Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”x9d), “Aşk Başka”x9d adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri”x9d kitabları da daxil olmaqla kitablarının təqdimatı və imzalanması olub. Bu cür gözəl tədbirlərin təşkili üçün Afşin bələdiyyəsinə və Adıyaman Türk Ocaklarına, tədbirdə iştirak edənlərə və medya mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva "bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var" deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından və kitablarından geniş danışaraq "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyərək qədim Afşin və Adıyamanı Azərbaycanda daha geniş tanıtmaq üçün “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabında bu iki qədim bölgəmizin də yer alacağını deyib. Millət vəkili sonra Adıyaman və Afşin ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. Afşin bələdiyyə başqanı və Adıyaman Türk Ocaqları millət vəkili Qənirə Paşayevaya kitabların təqdimat və imzalanmasında iştirak üçün dəvətlərini qəbul etdiyi təşəkkürlərini bildiriblər.Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir”x9d ve “Aşk Başka”x9d kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi”x9d sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir”x9d kitabımın 2-ci baskı ilə çap olunacağı və qısa zamanda satılacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.



































































































