Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.(apa)
***
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Arif Babayev vəzifəsindən azad edilib.
Nazirin digər bir əmrinə əsasən, A.Babayev Yardımlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edib.
Yardımlı Rayon Polis Şöbəsinin rəisi Nadir Məmmədov isə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.(Aznews.az)




































































































