Masallı rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.
Bundan başqa, "Bioloji Təbabət" Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb.
Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb.
Bizim.Media