Samuxda şəhidlərin xatirəsinə inşa olunmuş bulağın açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin həyətində I Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş “Şəhid bulağının” açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova 44 günlük Vətən müharibəsində Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin, hərbçilərin şücaətindən danışıb.
O vurğulayıb ki, bu gün Qarabağımızı ermənilərdən azad etmək üçün gözlərini qırpmadan canlarından keçən vətən oğullarının ailələri dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunur. Çıxış edənlər şəhidlərin döyüş yolundan, onların göstərdikləri qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar.
Şəhid ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 18.05.2023
Samuxda “Şəhid bulağının” açılışı oldu – FOTO
Hazırda oxunan: Samuxda “Şəhid bulağının” açılışı oldu – FOTO
Hazırda oxunan: Samuxda “Şəhid bulağının” açılışı oldu – FOTO
136577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.