Separatçılardan EKOLOJİ TERROR – “Yarım milyona yaxın əhali su qıtlığı yaşaya bilər”

Hazırda oxunan: Separatçılardan EKOLOJİ TERROR – “Yarım milyona yaxın əhali su qıtlığı yaşaya bilər”

136490

Sərsəng su anbarı demək olar ki, quruyub. 2022-ci ilin dekabr ayından bu günə kimi Xankəndidəki separatçılar ərazinin elektrik enerjisi ilə təmin edilməsi üçün anbardakı ehtiyatdan istifadə etdiklərini, nəticədə isə suyun tamamilə quruduğunu söyləyirlər.

Bu, Qarabağdakı ermənilərin növbəti ekoloji terrorudur. 

Görəsən, Sərsəng su anbarının qurudulması hansı rayonlarda ekoloji fəlakətə səbəb ola bilər?

Bizim.Media-ya açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirir ki, Sərsəng su anbarının qurudulması ətraf rayonları ekoloji fəlakətlə üz-üzə qoyacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror hazırlayır – DETALLAR


“Sərsəng su anbarının qurudulması yaxın ərazilərdə ciddi ekoloji problemlər yaradacaq. Çünki həmin ərazidə suvarma sistemləri məhz Sərsəng su anbarı vasitəsilə həyata keçirilir. Həmin su birbaşa Sərsəng su anbarından götürülmür. Buradan su Suqovşana gəlir, oradan da kanallara paylanır. 

Bu anbarda təxminən 500 milyon kubmetr su ehtiyatı var.

Anbardakı suyun qurudulması Tərtər, Bərdə, Ağcəbədi, Aran Qarabağının bir çox rayonlarına ekoloji baxımdan mənfi təsir edəcək. Həmin rayonlarda əhalinin su təminatı, əkin-biçin işləri, otlaqlar, suvarma sistemləri məhz bu kanaldan gələn su vasitəsilə təmin olunur. Nəticədə yarım milyona qədər insan suyun qurudulmasından ziyan çəkə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin