Mayın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolu ilə tibb müəssisələri üçün dərman və digər tibbi ləvazimatların çatdırılmasını bərpa edib.
Bizim.Media xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, Laçın-Xankəndi yolu ilə digər əməliyyatların da bərpası ilə bağlı müzakirələr davam edir.
Bizim.Media