Şabran Rayon Mərkəzi Xəstəxanasında bu gün quduzluq əleyhinə vaksin vurulan 9 nəfərdən 4-ü uşaqdır. Dördü qadın, 5-i kişi olan həmin sakinlər evə buraxılıb və nəzarətə götürülüb.
Xəstəxananın İctimaiyyətlə əlaqələr şöbəsindən həmin şəxslərin adları da Bizim.Media-ya açıqlanıb:
Etibar Quliyev, Vüsalə Quliyeva, Ağababa Quliyev, Qəribxan Quliyev, Validə Piriyeva, Uğur Bayramov, İlkin Hacıyev, Dəniz Hacıyeva və Saatmirzə Hacıyev.
Bu şəxslərin bir-birilə qohum olduqları deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu