Naxçıvan Nazirlər Kabinetinin Komissiyası ləğv edildi

Hazırda oxunan: Naxçıvan Nazirlər Kabinetinin Komissiyası ləğv edildi

136422

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib. 

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 may 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” və ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunlaşdırılıb. 

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin