Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.
Onun sözlərinə görə, hazırda yolda son tamamlanma işləri gedir:
"Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolu 5 hissə üzrə inşa olunur. İlk hissə-0-dan 30-cu kilometrə qədər olan hissə 2020-ci ildə tikilib yekunlaşdırılıb. İkinci hissə-30-55-ci kilometrlik hissəsində tikinti işləri yekunlaşır, son tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin hissədə tikinti tam yekunlaşdırılacaq. 3-cü və 4-cü hissə üzrə torpaq və asfaltlanma işləri davam etdirilir. Həmin hissədə tikinti işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır. 5-ci hissə üzrə - Qəndob - Rusiya sərhəddinə qədər olan hissədə isə tikinti artıq yekunlaşır. Hazırda həmin hissədə də son tamamlanma işləri görülür. Həmçinin yolda paralel olaraq ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir".
A. Nəcəfli bildirib ki, adıçəkilən yolda tikinti işləri ilin sonunda tam yekunlaşacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 17.05.2023
İlk ödənişli avtomobil yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ
Hazırda oxunan: İlk ödənişli avtomobil yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ
Hazırda oxunan: İlk ödənişli avtomobil yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ
136417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.